Gənclər “Ana” tamaşasını izləyiblər - FOTOLAR

A- A A+

Gənclər Cəlil Məmmədquluzadə adına Naxçıvan Teatrında səhnələşdirilən “Ana” tamaşasını izləyiblər. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tamaşanı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Hərbi Liseyin kursantları, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və könüllü gənclər olmaqla, ümumilikdə 300 gənc izləyib.

XX əsr dünya ədəbiyyatının görkəmli yazıçılarından olan çex yazıçısı Karel Çapekin 1938-ci ildə qələmə aldığı “Ana” pyesi insanın bəşəriyyət qarşısında mənəvi borcundan bəhs edir. Müharibənin bəşəriyyəti düçar etdiyi bəlalardan bəhs edən və faşizmi tənqid məqsədi ilə yazılmış əsər gənclərə vətənpərvərlik, sülh və xeyirxahlıq motivlərində önəmli mesajlar verir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı qərara əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilib.

 

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: