Mədəniyyət müəssisələrinə işə qəbul imtahanları keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

Müsahibə mərhələsinin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən, Dövlət İmtahan Mərkəzindən mütəxəssislər, eləcə də mədəniyyət sahəsi üzrə müstəqil ekspertlərdən ibarət 5 nəfərlik müvafiq komissiya yaradılıb. Müsahibə mərhələsində namizədin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılır.

Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir, hər bir namizəd üçün ümumi bal çıxarır və nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir. Bu mərhələ üzrə ən sıx müsabiqə vəziyyəti 16 namizədlə Şərur Rayon Mədəniyyət Şöbəsi və 13 namizədlə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi üzrə qeydə alınıb.

Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri nazirliyə təqdim olunacaq.

Qeyd edək ki, muxtar respublikada ilk dəfə baş tutan Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumlara işə qəbul üzrə müsabiqənin test mərhələsində 191 namizəd iştirak edib, onlardan 69-u keçid balını toplayıb. 5 namizəd isə birbaşa müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: