Kəngərlidə xalçaçılıq təlimi keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə xalçaçılıq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında təlim keçirilib.

Naxçıvan  Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, bununla bağlı keçirilən tədbirdə  Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində həyata keçirilən sosial layihələrdən danışıb. Bildirilib ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.

Qeyd edək ki, xalçaçı Həcər Hümbətovanın  keçdiyi təlimdə 6 sağlamlıq imkanları məhdud, 6 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və Kəngərli Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 6 dərnək rəhbəri olmaqla, cəmi 18 qadın iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: