Hüseyn Cavidin büstü ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə olunub

A- A A+

Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu Hüseyn Cavidin büstü ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov tviter hesabında bildirib.

“Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu və qəhrəman oğlu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə onun büstünün ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdik və H.Cavidin irsinin həm ölkəmizdə, həm də ABŞ-da öyrənilməsinin vacibliyindən danışdıq”, - nazir qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: