“Eurovision 2022”də finala yüksələn 10 ölkə müəyyənləşib

A- A A+

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ilk yarımfinalında 17 ölkənin - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistanın təmsilçiləri performanslarını nümayiş etdiriblər. Çıxışlardan sonra səsvermə keçirilib və ən çox səs toplayan 10 ölkə final mərhələsinə yüksəlib. Həmin ölkələr Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistandır.

“Eurovision 2022”nin ikinci yarımfinalı mayın 12-də keçiriləcək və Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək. İkinci yarımfinalda da ilk onluğa daxil olmağı bacaran ölkələr finala yüksələcəklər.

Dünyanın ən böyük canlı musiqi tədbirində bu il 40 ölkə iştirak edir və həmin ölkələrin 35-i yarımfinallarda yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Şüarı “The Sound of Beauty” (“Gözəlliyin Səsi”) olan “Eurovision 2022”nin finalı mayın 14-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: