PKK/YPG terrorçuları tərəfindən Suriyanın Ayn-El Ərəb bölgəsindən Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb. Nəticədə yaralanan Türkiyə hərbçilərindən biri xəstəxanada vəfat edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Türkiyə Ordusunun hücuma qarşı gördüyü cavab tədbirləri nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 21-ə yüksəlib.