Reza Deqati: Şuşada həyat geri qayıdıb və yağış altında rəqs etmək insanlar üçün sevinc hissləri yaradır - VİDEO

A- A A+

Ermənistan silahlı qüvvələrinin 30 illik işğalı və qəsdən törətdiyi dağıntılardan sonra Şuşa şəhərinə həyat yenidən qayıdıb. Göz yaşları və dünya musiqiçilərinin iştirakı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər dünyaşöhrətli fotoqraf Reza Deqatinin Şuşadan çəkdiyi videopaylaşımda yer alıb.

Paylaşımda deyilir: “30 il əvvəl Qarabağdakı müharibə haqqında beynəlxalq mediaya reportaj hazırlamaq üçün Parisdən bura gəlmişdim. Şəhər erməni silahlı qüvvələrinin mühasirəsində idi və mülki vətəndaşlar raket və artilleriya hücumuna məruz qalırdılar. 1992-ci il mayın 8-də şəhərin işğalından sonra Azərbaycan mədəniyyətinin bütün nişanları - evlər, muzeylər, məktəblər talan olundu və dağıdıldı. Azərbaycan, nəhayət 2020-ci il noyabrın 8-də şəhəri geri qaytardı. Yenidənqurma işləri başladı və Şuşa musiqi və poeziya şəhəri, Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Şuşada həyat geri qayıdıb və yağış altında rəqs etmək insanlar üçün də sevinc hissləri yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: