“Eurovision 2022” mahnı müsabiqəsinin böyük finalı başlayıb

261

Mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da “Eurovision 2022” mahnı müsabiqəsinin finalı keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalında 25 ölkənin təmsilçiləri yarışacaqlar. Həmin ölkələr Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyadır.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli dünyanın ən böyük canlı musiqi tədbirində “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: