Şuşanın UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklif edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu təkliflə Maltanın UNESCO üzrə Milli Komissiyasının sabiq rəhbəri Raymond Bondin Şuşadakı “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxış edib.
“Şuşa UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına ən yaxşı namizəddir. Şuşanın gözəlliyi, landşaftı və azərbaycanlıların buraya verdiyi əhəmiyyət bunu bir daha sübut edir”,-deyə R.Bondin vurğulayıb.