“Xan qızı - Xurşidbanu Natəvan” adlı tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Xuşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xan qızı - Xurşidbanu Natəvan” adlı tədbir keçirilib.

Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində öz yeri və xidmətləri olan Xurşidbanu Natəvan yaradıcılığı haqqında məlumat verən Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 14 mart tarixli Sərəncamına əsasən görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyi ölkəmizdə geniş qeyd olunur.   

Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı barədə məlumat verən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev qeyd edib ki, bədii fikrin görkəmli siması Xurşidbanu Azərbaycan mədəniyyət tarixində lirik şair və rəssam kimi şöhrət tapıb. Parlaq istedad və dövrünü qabaqlayan ideallar sahibi Xurşidbanunun ilhamla qələmə aldığı qəzəlləri Azərbaycan poeziyasının dəyərli inciləri sırasındadır. 

Daha sonra muzey bələdçiləri və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Xurşidbanu Natəvanın şeirlərini bədii qiraət ediblər.

Sonda muzeyin görkəmli şairə Xurşidbanu Natəvan yaradıcılığını əks etdirən guşəsinə baxış olub.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: