“Ana” tamaşası Şərurda təqdim edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni istifadəyə verilmiş Şərur Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi rayon sakinləri üçün ilk tamaşanı təqdim edib. XX əsr Avropa ədəbiyyatının görkəmli simalarından olan çex yazıçısı Karel Çapekin 1938-ci ildə qələmə aldığı “Ana” pyesi əsasında hazırlanan eyniadlı tamaşa izləyicilərin marağına səbəb olub.
Quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova olan tamaşa müharibə əleyhinə yazılmış üçpərdəli pyes əsasında səhnələşdirilib. Əsər insanın vətən və bəşəriyyət qarşısında mənəvi borcuna həsr olunub. Tamaşada teatrın təcrübəli aktyorları ilə yanaşı, gənc istedadlar da maraqlı obrazlar yaradıblar. Yaradıcı heyət tarixi faktları dolğun əks etdirməklə tamaşaçıların diqqətini cəlb edə bilib.
Sevgili Mustafazadə