Sədərəkdə "Ana” tamaşası təqdim edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Sədərək Rayon Mədəniyyət Sarayında rayon sakinləri üçün XX əsr Avropa ədəbiyyatının görkəmli simalarından olan çex yazıçısı Karel Çapekin 1938-ci ildə qələmə aldığı “Ana” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı səhnələşdiriblər.
Psixoloji dram olan pyes oxucunu və ya tamaşaçını duyğulu anlara qərq etməyə və bir qadının taleyində bütün bəşəri fəlakətləri görməyə imkan verir.
Quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova olan tamaşa müharibə əleyhinə yazılmış üçpərdəli pyes əsasında səhnələşdirilib.
Sevgili Mustafazadə