Hollivud ulduzu Tom Kruzun çəkildiyi yeni “Top Gun: Meverik” filmi ABŞ kinematoqrafiyasının ən uğurlu film siyahısına düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi kinonews-a istinadla xəbər verir ki, 2022-ci il iyunun 4-nə kimi filmin öz vətənində toplanan büdcəsi 273 milyon dollara çatıb. T.Kruzun bundan əvvəlki 2005-ci ildə təqdim olunan “Dünyaların müharibəsi” romanı əsasında çəkilmiş uğurlu ekran işi isə 234 milyon dollar büdcə toplaya bilib.
Qeyd edək ki, “Top Gun: Meverik" ilk olaraq Şimali Amerikada 160,5 milyon dollar dəyərində büdcə rekorduna imza ata bilib. Daha sonra isə filmin büdcəsi xeyli artıb. O ana qədər “Karib dənizinin quldurları 3: Dünyanın sonunda” filmi 153 milyon dollar büdcəyə sahib olaraq lider hesab olunurdu.