Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümü münasibətilə rəsmi qəbul keçirilib

A- A A+

Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Ankara şəhərində Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Otuzuncu il mərasimi” devizi altında təşkil olunan mərasim Türkiyənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, Moldova və Ukrayna ilə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümü münasibətilə təşkil edilib. Adıçəkilən ölkələrin Türkiyədəki səfirləri, hərbi attaşelər, Səfirlik və Hərbi Attaşe aparatı əməkdaşları, türk dövlətlərini təmsil edən beynəlxalq təşkilatların rəhbərləri mərasimdə iştirak ediblər.

Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digərləri iştirakçılar arasında olublar.

Rəsmi hissə və bədii proqramdan ibarət olan mərasimin açılışında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.

Sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dünyasının Musiqi Birliklərinin ifasında zəngin bədii proqram təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: