Ordubadda “Ana” tamaşası təqdim edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları Ordubad Rayon Mədəniyyət Sarayında “Ana” tamaşasını təqdim ediblər.
Teatrın kollektivi tərəfindən səhnələşdirilən, quruluşçu rejissoru və musiqi tərtibatçısı Həcərxanım Məmmədova olan tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
XX əsrin görkəmli Çex yazıçısı Karel Çapekin 1938-ci ildə qələmə aldığı “Ana” pyesi müharibə əleyhinə yazılıb, bütövlükdə insanın vətən və bəşəriyyət qarşısında borcuna, daşıdığı məsuliyyətə həsr olunub.
Müharibənin gətirdiyi fəlakətlər, törədilən cinayətlər qəhrəman ananın acı həyat hekayəsində öz əksini tapır. Ana rolunu canlandıran aktrisa Zəminə Məmmədovanın təqdimatı tamaşaçıların xüsusi rəğbətini qazanıb.
Tamaşada peşəkar aktyorlarla yanaşı, gənc istedadlar da səhnə bacarıqlarını nümayiş etdiriblər.
Şəfa Səfərova