Bu ilin iyun ayında keçirilməsi planlaşdırılan Çinin ən nüfuzlu film festivalı olan “Şanxay Beynəlxalq Film Festivalı-2022” koronavirus pandemiyasının yenidən başlanması səbəbindən ləğv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, 25-ci yubiley tədbirinin bir il sonra - 2023-cü ildə keçirilməsi planlaşdırılır.
“Yeni koronavirus epidemiyasının təsiri ilə əlaqədar təşkilat komitəsi 2022-ci ilin iyun ayına planlaşdırılan 25-ci Şanxay Beynəlxalq Film Festivalının növbəti ilə keçirilməsinə qərar verib", - deyə təşkilatçılar bildirib.