Kənd sakinlərinə hostel xidmətləri ilə bağlı tövsiyələr verilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada kənd turizminin inkişafı məqsədilə Ordubad rayonunun yüksək turizm potensialı olan Anaqut kəndinin sakinləri ilə görüş keçirilib, onlara hostel xidmətləri mövzusunda lazımi tövsiyələr verilib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən keçirilən görüşdə çıxış edənlər kəndin turizm potensialından və burada yaradılan müasir infrastrukturdan söz açıblar. Bildirilib ki, yaradılan şərait kənd sakinlərinin məşğulluğuna da müsbət təsirini göstərir. Kənd turizmi əhalinin istirahəti və sağlamlığının bərpası ilə yanaşı, muxtar respublikanın səfalı yerlərinin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.

Kənd sakinlərinin diqqətinə çatdırılıb ki, kənd turizmində hostellərdən istifadəyə daha çox üstünlük verilir. Kirayə verilən evlərin siyahısı və fotoları Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet saytında yerləşdirilib. Bu məlumatlar vasitəsilə internet üzərindən axtarış edən qonaqlar evlərin sahibləri ilə birbaşa əlaqə yarada bilirlər. Turistlərin kənd evlərində qonaqlama xidmətinə olan böyük marağını nəzərə alaraq evini turistlərə kirayə vermək istəyən şəxslər Naxçıvan Muxtar Respublikası Turizm Departamentinə və ya aidiyyəti kənd icra nümayəndəliyinə müraciət edə bilərlər.

Tədbirin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb və bukletlər təqdim olunub.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: