Ordubad Rayon Xalq Teatrı yeni tamaşa təqdim edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.

Quruluşçu rejissoru Nadir Məhərrəmov, rejissoru əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, rəssamı Hikmət Əliyev, musiqi tərtibatçısı Qasım Rəsulov olan tamaşa izləyici rəğbəti qazanıb

Qeyd edək ki, dramaturq səhnə əsərində Əliqulunun satirik xarakterini “vəzifə məcnunu”, “kabinet düşkünü” olması ilə ümumiləşdirir. Onun timsalında bəzi insanlar üçün vəzifə həyatın, yaşamağın yeganə yolu olaraq göstərilir. Vəzifəni itirmək Əliquluya görə hər şeyi - həyatı, xoşbəxtliyi, həyatın rəngarəngliyini itirmək deməkdir.

Tamaşanın satirik hədəfi vəzifə, karyera və şəxsi mənafeyini hər şeydən üstün tutan və şəxsi idealına çevirən Əliqulu və onun timsalında olan insanlardır. Komediyada qaldırılan ictimai, əxlaqi-etik problemlər əsərin konfliktini və onun əsasında duran komik mübarizəni şərtləndirir.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: