İncəsənət Gimnaziyası Naxçıvanda proqramla çıxış edib - VİDEO
Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdləri Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Şuşa ili”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili-ədəbi kompozisiya təqdim ediblər.
Klassik Azərbaycan bəstəkarlarının əsərləri vətənimizə və ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər, Qarabağın baş tacı Şuşanı vəsf edən mahnılar tədbiri daha yaddaqalan edib.
Naxçıvan televiziyasının əməkdaşları İncəsənət Gimnaziyasının musiqili-ədəbi kompozisiyası ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Qeyd edək ki, Naxçıvana səfəri çərçivəsində gimnaziyanın müəllim və şagirdləri tarixi, mədəni abidələrimizi, muzey və turizm obyektlərimizi də ziyarət ediblər.
Adilə Səfərova