İncəsənət Gimnaziyasının müəllim və şagirdləri Naxçıvanla tanış olublar - VİDEO
İyunun 16-da Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdləri Naxçıvanda səfər edib, burada musiqili-ədəbi kompozisiya təqdim ediblər. Qonaqlar ikigünlük səfər çərçivəsində muxtar respublikanın musiqi təhsili müəssisələri, tarixi-mədəni abidələri, muzey və turizm obyektləri ilə də tanış olublar.
Naxçıvan televiziyasının əməkdaşları kollektivin gəzintisi ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Adilə Səfərova