Naxçıvanın turizm potensialının tanıdılması məqsədilə növbəti info-tura start verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının turizm potensialını tanıtmaq məqsədilə “Nəqşicahan” Holdinqin sponsorluğu ilə iyunun 22-dən 24-dək qədim diyara “Nuh diyarı – Naxçıvan” info-tur təşkil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, info-turun iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra onlar Heydər Əliyev Muzeyi ziyarət edilib.
Bu gün Naxçıvan Biznes Mərkəzində info-turun rəsmi açılış tədbiri olacaq, görüşlər keçiriləcək. Sonra qonaqlar Ordubad rayonuna səfər edəcəklər.