Naxçıvanın turizm imkanları Azərbaycan, Türkiyə və İranın turizm şirkətləri və media nümayəndələrinə nümayiş etdirilir - YENİLƏNƏCƏK - FOTOLAR
Muxtar respublikanın turizm potensialını tanıtmaq və təbliğ etmək məqsədilə iyunun 22-dən 24-dək qədim diyara “Nuh diyarı – Naxçıvan” infotur təşkil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, infotur çərçivəsində qədim diyarda olan qonaqlar Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın istehsal müəssisələri, mərkəzdə qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri barədə məlumat alıb, yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə maraqlanıblar. Sonra Naxçıvan Biznes Mərkəzində keçirilən açılış mərasimi çərçivəsində Azərbaycan, Türkiyə və İranı təmsil edən turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesden biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivləri qiymətləndirilib.
Həmçinin hər üç ölkəni təmsil edən assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Yerli və xarici KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan mətbuat konfransında maraq doğuran suallara aydınlıq gətirilib.
Hazırda infotur iştirakçıları Ordubadda rayonun turizm imkanları ilə yaxından tanış olurlar.