“Gənclərin teatr dünyası” müsabiqəsi başa çatıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Gənclərin teatr dünyası” müsabiqəsi başa çatıb. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov və mədəniyyət nazirinin müavini Həsən Kərimov bildiriblər ki, gənclər muxtar respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.

Əməkdar artist Tofiq Seyidov çıxışında müsabiqədə fərqlənən bir neçə gəncin aktyorluq potensialını dəyərləndirərək onlara peşəkar səhnə fəaliyyəti ilə bağlı təkliflər edib.

Çıxış edənlər qalib komandanı təbrik ediblər.

Sonra qaliblər mükafatlandırılıb. Münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən Babək rayonunun “Qələbə” komandası birinci, Şərur rayonunun “Xarıbülbül” komandası ikinci və Naxçıvan şəhərinin “Yurd” komandası üçüncü yerə layiq görülüblər. İlk üç yeri tutan komandalar, eləcə də mərhələ yarışlarının qalibləri kimi digər kollektivlər fəxri fərman, plaket və hədiyyələrlə təltif olunublar.

Sonda qalib komanda üzvləri şəhid leytenant Qabil Orucəliyevə həsr etdikləri və onlara uğur gətirən “Qəhrəman komandir” tamaşasını nümayiş etdiriblər.

Qeyd edək ki, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün şərait yaratmaq və həvəskar aktyorlar arasından istedadlıları üzə çıxarmaq məqsədilə keçirilən müsabiqədə ümumilikdə 32 komanda iştirak edib.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: