“Avatar 2: Suyun yolu” filmində 100 metrlik şüurlu bədheybətlər yer alacaq

A- A A+

“Avatar 2: Suyun yolu” fantastik filmində izləyicilər nəhəng sualtı bədheybətlər də daxil olmaqla, bir çox yeni canlıların şahidi olacaqlar.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Avatar”ın icraçı prodüseri Con Landau məlumat verib. "Burada o qədər qeyri-adi dəniz canlısı var ki, əminəm, insanlar onlara valeh olacaqlar. Filmdə əsas məqsəd nəhəng Pandora planetinin özü ilə müqayisə edilə bilən bir məxluq yaratmaq idi. Bu canlılar təxminən 100 metr uzunluğunda şüurlu bədheybətlər olacaq”, – deyə prodüser bildirib.

Qeyd edək ki, dünyaşöhrətli rejissor Ceyms Kameronun genişmiqyaslı layihəsinin ikinci hissəsindəki hadisələr Pandora planetində cərəyan edir. Əsas rollarda Zoi Soldana, Keyt Uinslet, Siqurni Uiver, Una Çaplin, Sem Uortinqton, Cemeyn Klement, Stiven Lenq yer alıblar.

Bütün zamanların ən çox gəlir gətirən film layihəsi olan “Avatar 2: Suyun yolu” filmi bu ilin dekabr ayının 15-də ilk dəfə kütləvi nümayişə buraxılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: