“Mənim yay tətilim” sərgisinə 22 uşaq 60 əsərlə qatılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində ənənəvi İRS “Mənim yay tətilim” sərgisi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə çıxış edənlər muxtar respublikada mədəniyyətin hər bir sahəsində istedadı və bacarığı olan uşaqların sayının getdikcə artdığını bildiriblər. Qeyd olunub ki, bu, rəssamlıqda da özünü göstərir. Mütəmadi olaraq uşaqlar arasında keçirilən ustad dərsləri, rəsm-sərgi müsabiqələri onların bu sahəyə marağını artırır, həmçinin uşaqlara öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı verir.

22 istedadlı uşağın 60 əsəri nümayiş olunan sərgidə tariximizin qəhrəmanlıq səhifələri, eyni zamanda  muxtar respublikanın özünəməxsus təbiət mənzərələri öz əksini tapıb.

Gənc rəssam Sara İsmayılovanın çəkdiyi şəhid General-mayor Polad Həşimovun portreti iştirakçıların xüsusilə diqqətini cəlb edib.

Sərgidə iştirak edən balaca istedadlara fəal iştiraklarına görə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: