Fransanın Kann şəhərində “Cannes Lions 2022” beynəlxalq yaradıcılıq festivalı təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, festivalda “Young Lions Azerbaijan 2022” müsabiqəsinin Azərbaycan üzrə qalibləri, təşkilatçılar, o cümlədən rəsmi nümayəndələr iştirak ediblər. Bu mötəbər festivalda “Meta”, “Twitter”, “Spotify”, “Warner Bros”, “Pinterest”, “Amazon” kimi qlobal brendlər təmsil olunub. Tədbir ərzində dünyanın müxtəlif ölkələrindən olan peşəkarların, yaradıcı sənaye nümayəndələrinin, o cümlədən Peris Hilton, Rayn Reynolds, Patrik Stüart kimi məşhur şəxslərin çıxışları, panel sessiyaları baş tutub.
Qeyd edək ki, müsabiqənin yerli mərhələsində qalib olmuş 4 nəfər iştirakçı Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu festivalda iştirak edib.