“Netflix” yeni “Elektrik dövləti" filmini kütləvi nümayişə buraxacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, film Saymon Stolenhaqın illüstrasiyalı romanı əsasındadır. Ekran işində “Çox qəribə işlər” serialının ulduzu Milli Bobbi Braunun baş rolda yer aldığı bildirilib.
Qeyd edək ki, “Universal” kinostudiyası layihənin maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. Bununla belə, filmin çəkilişlərinə start verilmədi. Sonradan çəkilişləri “Netflix” yayım platforması öz öhdəsinə götürdü. "Elektrik dövləti" filminin təqdimat tarixi hələ açıqlanmayıb.