Rusiya bu il dekabrın 11-də Ermənistanın paytaxtında təşkil ediləcək "Uşaq Avroviziyası-2022" mahnı müsabiqəsində iştirak etməyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə seçim turunun təşkilatçısı İqor Krutoy məlumat verib.
Buna səbəb Avropa Yayım İttifaqının Rusiyanı “Avroviziya–2022” mahnı müsabiqəsindən kənarlaşdırmağından sonra cavab olaraq Rusiyanın “Birinci kanal"ının, Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Kompaniyasının və “Ostankino” Radio evinin qurumdan çıxması olub.