Azərbaycanda “İlin press fotosu” seçilib

A- A A+

Gilavar Foto Klubunun təşkilatçılığı ilə ötən ildən başlayaraq Azərbaycanda “İlin press fotosu” adlı yeni layihəyə start verilib. Layihə çərçivəsində hər il “Azərbaycan press foto” adlı fotomüsabiqənin keçirilməsi nəzərdə tutulur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qalib gələn fotolar arasından fotojurnalist Əziz Kərimovun helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi zamanı çəkdiyi foto “İlin press fotosu” seçilib.

İkinci dəfə keçirilən müsabiqəyə 2021-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Fotoqrafların işləri Misir, Hindistan və Banqladeşdən olan peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə xəbər, gündəlik həyat, portret, təbiət, idman və mədəniyyət mövzuları ətrafında keçirilib. Qaliblər hər mövzu üzrə birinci, ikinci, üçüncü yer olmaqla seçilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək, eləcə də dəyərləndirməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: