Naxçıvanda “İslam filmləri həftəsi” davam edir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclik Mərkəzində nümayiş olunan “İslam filmləri həftəsi”ndə məhşur İran rejissoru və ssenaristi Məcid Məcidinin “Yağış” bədii filmi kinosevərlərə təqdim edilib.

Tanınmış İran rejissoru olan Məcid Məcidinin çəkdiyi ekran əsərləri dünyada geniş tamaşaçı auditoriyası toplayıb. “Baran” yaxud “Yağış” filmi 25-ci Monreal Dünya Film Festivalı çərçivəsində “Ən Yaxşı Film” mükafatına layiq görülüb və Avropa Film Akademiyasının mükafatına namizəd olub.

Müxtəlif beynəlxalq festivallarda 10-dək mükafat qazanan filmdə Əfqanıstanda baş verən vətəndaş müharibəsindən sonra İranda məskunlaşan qaçqınların ağır vəziyyəti təsvir olunur.

Qeyd edək ki, bu gün isə tamaşaçılara “İslam filmləri həftəsi” çərçivəsində Özbəkistan və Tacikistan kinematoqraflarının birgə istehsalı olan “Dahinin gəncliyi” filmi göstəriləcək. Film İslam dünyasının böyük alimi, təbib və filosofu Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edir.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: