Ayasofya məscidini 6,5 milyondan çox turist ziyarət edib

A- A A+

Türkiyənin, o cümlədən dünyanın ən qədim tarixi abidələrindən biri olan Ayasofya məscidi çoxsaylı yerli və xarici turistləri cəlb etməyə davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ayasofya İstanbula gələn turistlərin ilk dayanacaq nöqtəsinə çevrilib. Məscidə gələnlərin bir qismi burada namaz qılarkən, bir qismi də ölçüsü və funksionallığı ilə dünya sənət aləmində mühüm yer tutan bu tikili ilə yaxından tanış olur.

Dünyanın hər yerindən gələn qonaqların günü-gündən Ayasofyaya marağının artdığını qeyd edən İstanbul Müfti müavini Ahmed Aktürkoğlu bildirib ki, Ayasofya məscidi ikinci ildönümündə artıq 6,5 milyondan çox ziyarətçiyə ev sahibliyi edib.

Xatırladaq ki, 2020-ci il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: