Moskva hotellərində tibbi maska tələbi bərpa edilir

A- A A+

Moskva Bələdiyyəsi koronavirus məhdudiyyətlərini ləğv etsə də, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) müfəttişlərinin hotellərdə maska yoxlamasını bərpa etdiyi qeyd olunur.

NUHÇIXAN İnformasiya Agentliyi “Moscow Times” qəzetinə istinadən xəbər verir ki, hotel və hostel rəhbərləri "Rospotrebnadzor" müfəttişlərinin bütün işçilərdən maska taxmağı xahiş etdiyini deyiblər.

Müfəttişlər müxtəlif xəbərdarlıqlar edərək avqustun 4-dək nöqsanlar aradan qaldırılmasa, cərimə tətbiq edəcəklərini bildiriblər.

Qeyd edək ki, bu gün Rusiyada yeni koronavirusa yoluxma hallarının sayı 6183-ə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: