Şagirdlər milli qəhrəmana həsr edilən filmə baxıblar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Əkbər Ağayev adına Naxçıvan şəhər 8№-li tam orta məktəbdə məktəblilərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, dünyagörüşünün formalaşdırılması məqsədilə Milli Qəhrəman Səyavuş Həsənova həsr olunmuş “Şəhid, səndən başlayır Vətən” adlı sənədli film nümayiş olunub.

Səyavuş Həsənov 1964-cu il yanvarın 20-də Şərur rayonunda anadan olmuş Goranboy, Gədəbəy və Şuşada gedən döyüşlərdə xüsusi igidlik göstərib, 1992-ci il iyunun 25-də Qırmızıkənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Sənədli filmdə milli qəhrəmanın ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri, təəssüratları lentə alınmışdır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 şagird iştirak etmişdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: