Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub.
NUHÇIXAN İnformasiya Agentliyi Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə 23,2 faiz artıb.
Ölkə vətəndaşlarının 47,9 faizi Türkiyəyə, 16,6 faizi Rusiyaya, 12,2 faizi İrana, 8,3 faizi Gürcüstana, 15 faizi isə digər ölkələrə səfər edib.
Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənlərin 60,1 faizi hava, 37,3 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.