“İslam filmləri həftəsi” davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi” çərçivəsində Azərbaycanın və Səudiyyə Ərəbistanın birgə çəkdiyi “Niyyət” filmi tamaşaçılara təqdim edilib. “Niyyət” bədii filminin rejissoru Samir Kərimoğludur. Psixoloji dram janrında çəkilən bu filmin süjet xətti kamil insan anlayışına mənsub olan faktorlar-səmimiyyət, ülvi hisslər, təhsil və dinlə əlaqələndirilir.
Qeyd edək ki bu gün isə “İslam filmləri həftəsi” çərçivəsində 2008-ci ildə Türkiyədə istehsal edilmiş, rejissor Kürşat Kızbazın İslam dünyasının dahi şəxsiyyətlərindən olan Cəlaləddin Ruminin həyat və fəlsəfəsinə həsr olunmuş “Eşqin rəqsi” sənədli filmi nümayiş etdiriləcək.
Sadiq Məmmədov