Naxçıvan televiziyasının növbəti layihəsi - FOTOLAR - FOTOLAR

A- A A+

Naxçıvan Televiziyasının İncəsənət və Musiqi Verilişləri Redaksiyasının təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, əməkdar rəssam Həmzə Sadiqov və Xalq Yaradıcılığı Emalatxanasının xalça ustası Həcər Hümbətova Sədərək rayonunun Heydərabad qəsəbə məktəbində şagirdlərlə görüşüblər.

NUHÇIXAN xəbər verir ki, görüşdə Həcər Hümbətova şagirdləri xalçatoxuma sənəti ilə tanış edib və bu qədim sənətlə bağlı onlara məlumat verib.

Rəssam Həmzə Sadiqov isə  açıq səma altında rəsm çəkib. Hər iki sənətkarın əl işləri məktəbdəki sərgiyə hədiyyə edilib.

Görüş, Sədərək Rayon Mədəniyyət Evinin “Yallı” rəqs qrupunun təqdim etdiyi  rəqslərlərlə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: