Naxçıvan xanlığının bayraqlarına həsr edilmiş yeni kitab Praqada təqdim edilib - FOTOLAR

A- A A+

“QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyin İdarə Heyətinin üzvü, sədrin birinci müavini, İCOMAM (hərb tarixi, hərbi muzeylər və silah kolleksiyaları) İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Çex Respublikasının Praqa şəhərində Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş konfransında iştirak edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İCOMAM Beynəlxalq komitənin iclasında Pərvin Gözəlovun Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının təqdimatı keçirilib. Kitabda müəllif tərəfindən Azərbaycanın elmi-mədəni tarixində ilk dəfə olaraq 2015-ci ildə aşkar edilmiş Naxçıvan xanlığının üç bayrağı barədə ətraflı tədqiqat materiallı oxuculara təqdim edilir.

Həmçinin nəşrdə Azərbaycan tarixində ilk dəfə olaraq “Gülüstan və Buxarest sülhünə əsasən, Cənubi Qafqazın 1809-1817-ci illərin hərbi əməliyyat xəritəsi” çap edilib. Xəritədə göründüyü kimi, Ermənistan dövləti və toponimləri yoxdur. Xəritə Qafqaz hərbi dairəsi Qərargahının hərbi-tarix şöbəsində tərtib edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: