Təkbaşına səyahət edən qadınlar üçün ən təhlükəsiz ölkələr müəyyən edilib

A- A A+

Ekspertlər təkbaşına səyahət edən qadınların istirahət etmək üçün gedə biləcəyi ən təhlükəsiz ölkələri müəyyən ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar, “Bounce” turist əlavəsi tərəfindən aparılmış tədqiqatın nəticələri “Travel off Path” nəşrində dərc edilib.

Reytinq tərtib edilərkən qadınlara münasibətdə zorakılıq səviyyəsi, evdə zorakılıq, cəmiyyətdə qadınların ünvanına zorakılığa münasibət, gecə vaxtı qadınların tənha gəzməsinin nə dərəcədə təhlükəsiz olması, qadınların qorunmasına dair qanunvericilik, gender bərabərliyi və bir sıra başqa göstəricilər nəzərə alınıb.

Reytinqdə birinci yeri İrlandiya tutub. Bu ölkədə qadınlar cəmi 1 faizi hesab edir ki, qadınlara münasibətdə zorakılığa haqq qazandırıla bilər. Kişilər tərəfindən zorakılığa məruz qalmış qadınların sayı, qətl qurbanı olmuş qadınların sayı və qlobal gender bərabərsizliyi indeksinin ən yaxşı göstəricilərindən biri də İrlandiyada qeydə alınıb.

İkinci yeri Avstriya tutur. Bu ölkədə zorakılığa məruz qalmış qadınların sayı nisbətən aşağıdır, eyni zamanda qadınların 79 faizi bildirib ki, gecə vaxtı evə təkcə gedəndə özlərini təhlükəsiz hiss edirlər. Üçüncü yeri Norveç tutur. Burada qətl qurbanları olan qadınların hər 100.000 nəfərə düşən sayı ən aşağı olub. Gecə vaxtı evə tək qayıdarkən özlərini təhlükəsizlikdə hiss edən qadınların faizlə sayı ən yüksək (83 faiz), gender bərabərsizliyi isə dünyada ikinci olub.

Turist qadınlar üçün dünyada ən təhlükəsiz 10 ölkə:

1. İrlandiya (ümumi təhlükəsizlik qiyməti 7,88)

2. Avstriya (7,70)

3. Norveç (7,45)

4. Sloveniya (7,19)

5. İsveçrə (7,01)

6. İspaniya (6,97)

7. Portuqaliya (6,88)

8. Kanada (6,67)

9. Niderland (6,15)

10. Polşa (5,97)

Eyni zamanda təkbaşına səyahətə çıxan qadınlar üçün ən təhlükəli istiqamət Kolumbiya hesab edilib. Sonrakı yerləri Kosta-Rika, ABŞ və Çili tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: