YUNESKO Odessanın mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsini dəstəkləyib

A- A A+

YUNESKO Ukraynanın Odessanın tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı müraciətini dəstəkləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunub ki, Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Oleksandr Tkaçenko YUNESKO-nun baş direktoru Odre Azule ilə görüşdə Kiyevin Odessanın Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müraciət edəcəyini açıqlayıb. Ümumdünya İrs Komitəsi həmçinin Kiyev və Lvovda təhlükə altında olan abidələrin qeydə alınmasına dəvət olunub.

“Ukraynanın xahişi ilə YUNESKO texniki dəstək göstərmək üçün artıq beynəlxalq ekspertləri səfərbər edib ki, bu nominasiya Ümumdünya İrs Komitəsinin üzvü olan ölkələr tərəfindən təcili nəzərdən keçirilsin”, - kommünikedə deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: