Rejissor Ceyms Kameronun çəkdiyi “Avatar 2: Suyun yolu” filmi indiyə qədər çəkilmiş ekran əsərləri arasında ən mürəkkəb layihə hesab edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, ssenarist və rejissor Liam O'Donnell filmdə nümayiş etdirilən kadrların təfərrüatları, o cümlədən Sem Uortinqtonun personajının yadplanetli sualtı bədheybətə atəş açdığı möhtəşəm səhnə haqqında açıqlama verib: "James Cameronun bu layihəsi ağlımı başımdan alıb. Bu layihə möhtəşəmdir. 15 kamera ilə sualtı səhnələri çəkmək, üstəlik hər bir aktyorun üzünü fiksasiya etmək üçün iki kameradan istifadə, eləcə də CG canlıları üçün sualtı məkanda çəkilişlər, həmçinin infraqırmızı diapazonlu çəkiliş rejimi ilə kompüter personajlarının real zamanda kadrlara yerləşdirilməsi çox böyük zəhmət, bacarıq və intellekt tələb edir. “Avatar 2: Suyun yolu" adlı ekran əsəri şübhəsiz ki, dünya film inciləri sırasında ən parlaq nümunədir”, - deyə L.O'Donnell vurğulayıb.
Qeyd edək ki, filmin sualtı çəkilişlərində aktyorlara uzun müddət xüsusi təlim keçiblər.