Ceyms Kameron “Avatar 2: Su yolu” filmi ilə həmkarlarını heyrətləndirib

A- A A+

Dünyaşöhrətli rejissor Ceyms Kameronun “Avatar 2: Su yolu” filmi çox insanları heyrətə gətirib. Rejissor növbəti uğurlu layihəsi ilə həmkarlarına yenilik etməyin artıq zamanı yetişdiyini göstərmiş oldu.

NUHÇIXAN İnformasiya Agentliyi kinonews.ru-ya istinadla xəbər verir ki, filmin treylerinin təqdimatına qatılan kinorejissorların fikrincə, “Avatar 2: Su yolu” indiyə qədər hazırlanmış ən mürəkkəb film layihəsidir və bu, dünya film inciləri sırasında ən parlaq nümunələrdəndir. Ekran əsərində 15 kamera ilə sualtı çəkilişlər, üstəlik hər bir aktyorun üzünü fiksasiya etmək üçün iki kameradan istifadə, eləcə də CG canlıları üçün sualtı məkanda çəkilişlər, həmçinin infraqırmızı diapazonlu çəkiliş rejimi ilə kompüter personajlarının real zamanda kadrlara yerləşdirilməsi təqdimata gələnləri heyrətə gətirib.

Xatırladaq ki, növbəti “Avatar 2: Su yolu” adlı ekran işinin süjeti su mühitində cərəyan edir. Filmin sualtı çəkilişləri üçün aktyorlara uzun müddət xüsusi təlimlər keçilib.

Ekran əsərinin geniş kütləyə təqdimatının 3D formatda olacağı vurğulanıb. Rejissor C.Kameronun yaratmış olduğu fantastik aləmin bir hissəsinə çevrilə bilmək üçün izləyicilərə xüsusi eynəklər paylanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: