Kollektivlər muzeylərlə tanış olublar - FOTOLAR

A- A A+
  NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın rayonlarında bir sıra idarə, müəssisə və təşkilatların kollektivləri muzeyləri ziyarət ediblər. Şərur rayon təşkilatlarının kollektivləri Yengicə kəndindəki Şərq hamamında, Rayon Tarix Diyarşünaslıq və  Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeylərində olublar. Kəngərli rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri Rayon Tarix-Diyarşünaslıq, həmçinin Şahtaxtinskilər Muzeyini ziyarət ediblər. Culfa rayonunun kollektivləri Tarix Diyarşünaslıq Muzeyini,  Ordubad rayonunun kollektivləri isə Məhəmməd Tağı Sidqinin və Yusif Məmmədəliyevin ev muzeylərini, eləcə də rayon Tarix Diyarşünaslıq Muzeyində olublar. Sədərək rayonunda kollektivlər Rayon Tarix  Diyarşünaslıq  muzeyini gəziblər.

Cavid  Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: