Naxçıvanda məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış davam edir - FOTOLAR
Heydər Əliyev Sarayında istedadlı qadınların və məhdud fiziki imkanlıların əl işlərindən ibarət sərgi-satış davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi sərgi-satışla tanış olub, hədiyyəlik əl işləri alıblar.
Kollektivlərə məlumat verilib ki, sərgi-satışa ümumilikdə 442 şəxsin 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Sərgi-satışda şəhər və rayonlarda yaşayan istedadlı qadınların, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər və Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvlərinin, ali təhsil müəssisələrinin qadın tələbə və müəllimlərinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən 38 qadının əl işi sərgilənir. Bundan başqa Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 347 şəxsin 8 min 668 sayda əl işi sərgi-satışa cəlb olunub.
Sərgilənən əl işləri sırasında muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələri, müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, qrafik iş, vitraj, ebru sənəti, muncuqla, gipslə, daş tozu ilə, mislə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ və tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə işlənmiş rəsm əsərləri, mənəvi və ailə dəyələrini əks etdirən əl işləri kollektivlərin xüsusi diqqətini cəlb.
Sərgilənənlərə maraqla baxan kollektivlər hədiyyəlik əl işləri də alıblar.
Mədinə Rəhimli