Nobel Sülh mükafatı 2022-ci il üzrə belaruslu hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın "Memorial" və Ukraynanın "Vətəndaş Azadlığı Mərkəzi" təşkilatlarına verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Qeyd edək ki, Nobel Sülh mükafatının ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığının qorunması sahəsində səylərinə görə bu mükafata layiq görülüblər.