Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Ordubadda konsert proqramı təqdim edib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Filarmoniyası Müstəqilliyin Bərpası Günü ilə bağlı növbəti konsert proqramını Ordubadda təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunan konsertdə Filarmoniyanın Estrada Orkestri geniş konsert proqramı ilə çıxış edib.

Konsert proqramında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Popurri”, Oqtay Kazıminin “Yaşayır insan”, “Evimizdə şənlik var”, “Ey həyat, sən nə qəribəsən”, Emin Sabitoğlunun “Həyat bizimdir”, “Şirin dil”, “Belə ola həmişə”, Rafiq Babayevin “Dur gəl”, Tofiq Quliyevin “Sən mənimsən, mən sənin”, “Əsən külək”, Zakir Bağırovun “Könlümün yadigarı”, “Naxçıvanım”, Elza İbrahimovanın “Ey vətən” və digər sevilən musiqi nömrələri səsləndirilib. Orkestrin xüsusilə vətənpərvərlik mövzulu mahnıları tamaşaçılarda xoş ovqat yaradıb.

 

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: