Babək Rayon Mədəniyyət Sarayında “Müfəttiş” satirik komediyası təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Babək Rayon Mədəniyyət Sarayında görkəmli rus dramaturqu Nikolay Vasilyeviç Qoqolun məşhur “Müfəttiş” satirik komediyası əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib.

Əsər komediyanın klassik nümunəsidir. Çar Rusiyasının kiçik bir əyalət şəhərində imperiyanın iç üzünü açıb gülüş hədəfinə çevirən Qoqol tamahkar, tənbəl və bacarıqsız çar məmurlarını satira atəşinə tutur.

Əsərdə saxtakar bir şəxsin müfəttiş adıyla özbaşınalıqlar törətməsi, kənd əhalisi bunu anladıqda isə gerçək müfəttişin kəndə təşrif buyurması sadə dillə əks olunub. Xalq artisti Kamran Quliyevin rejissoru olduğu tamaşanın rəssamı Əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı isə Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Aktyorlar yaratdıqları obrazlarla əsərin ideyasını tamaşaçıya dolğun şəkildə çatdırıblar. Satirik komediya janrında hazırlanan səhnə əsəri rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

 

                                                                                                     Sevda Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: