Noyabrın 9-da Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş etdiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, XTNS-nin “Azərbaycan” pavilyonunda Azərbaycanın Dövlət Bayrağı Gününə və 2020-ci il Vətən müharibəsində Zəfər Gününə həsr edilmiş filmin qapalı nümayişi olacaq.
Real hadisələr əsasında çəkilmiş film “Baku Media Center”in və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüseri Arzu Əliyevadır.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.
Film Azərbaycan dilində nümayiş etdiriləcək.