Milli Kitabxanada “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” adlı virtual sərgi istifadəçilərə təqdim edilib

A- A A+

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan adını Zəfər tariximizə qızıl hərflərlə yazdırdı.

1992-ci il mayın 8-də itirdiyimiz Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa 28 il sonra 2020-ci il noyabrın 8-də Ali Baş Komandanımızın rəhbərliyi və müzəffər ordumuzun rəşadəti ilə geri qaytarıldı.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Şuşa haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, fotolar, 44 günlük Vətən müharibəsi, Şuşanın tarixi, mədəniyyəti və sair haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_bizimdir_Garabakh_Azerbaycandir/index.htm linkindən istifadə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: