Florian Zenqstşmid: Avropa bazarı üzrə fəaliyyətləri inkişaf etdirmək istiqamətində işlər görürük

A- A A+

Avropa bazarı bizim üçün çox önəmlidir. Bu bazar üzrə fəaliyyətləri inkişaf etdirmək istiqamətində işlər görürük.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid “CNN International” kanalına müsahibəsində bildirib.

Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisi çərçivəsində reallaşan müsahibə kanalın tanınmış jurnalisti Riçard Kvest tərəfindən götürülüb.

Müsahibə zamanı jurnalistin “Niyə Azərbaycan?” sualına cavab olaraq F. Zenqstşmid Azərbaycan təbiətinin gözəllikləri, müxtəlif iqlim tipləri, fərqli turizm təcrübələrinin mövcudluğunu vurğulayaraq, ölkəmizin zəngin mədəni və tarixi irsi haqqında məlumat verib.

Baş icraçı direktor əsas hədəf bazarları haqqında ünvanlanan sualla bağlı bildirib ki, hazırda qonşu ölkələrlə yanaşı, Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Hindistan və Pakistandan gələn turistlərin sayı artmaqdadır.

Dayanıqlı turizmin önəmindən danışan Florian Zenqstşmid Azərbaycanın turizmin təbliğatına başladığı ilk gündən bu istiqamətdə addımlar atdığını və turizm inkişafında əsas göstəricinin “yerli insanlar” və regionlar olduğunu bildirib.

Qeyd edək ki, Riçard Kvest “CNN” telekanalında “Quest Means Business”, o cümlədən “Business Traveller” proqramlarının aparıcısıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: