Şərur Rayon Xalq Teatrı repertuarını yeniləyib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon Xalq Teatrının yaradıcı heyəti Türkiyənin görkəmli ədibi Əziz Nesinin “Öldür məni, can-ciyər” əsərini tamaşaya qoyub.
Şərur Rayon Mədəniyyət Sarayında təqdim olunan tamaşada Əməkdar artist Nemət Sultanov, Sevinc Əlizadə və Vüsalə Rüstəmovanın canlandırdığı obrazlar tamaşaçıların böyük rəğbətini qazanıb.
Qeyd edək ki, tanınmış türk yazıçısı, publisist və dramaturq Əziz Nesinin 1970-ci ildə qələmə aldığı “Öldür məni, can-ciyər” komediyası ailə-məişət mövzusundadır. Komik səhnələrin bol olduğu tamaşa izləyicilərə gülüş bəxş edib
Şəfa Səfərova